Rusiya 1992-ci ildə müharibədə bunu etmişdi – Erməni politoloq

“Rusiya regionu tərk edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

“Hakimiyyət 2018-ci ilin may-iyun aylarında Ermənistandakı və KTMT-dəki Rusiya şirkətlərini hədəfə alarkən rəsmi Moskva ilə bütün əlaqələri kəsib. Qərb ölkələri öz dövlət sənədlərində və doktrinalarında Azərbaycan və Türkiyənin rolunu dəqiq müəyyən edirlər. Elə bir Qərb dövləti yoxdur ki, Türkiyə ilə müharibə fonunda İrəvanı dəstəkləyəcəyini bəyan etsin. Hansı ki, bunu 1992-ci ildə Rusiya etmişdi. Bütün bunlar onu göstərir ki, Qərb Ermənistanı Türkiyənin əlavəsinə çevirmək istəyir”.

Elbakyan əlavə edib ki, Rusiya KTMT çərçivəsində Ermənistana ucuz qiymətə, bəzən isə pulsuz silah verib.

“Amma Rusiyanın Ermənistanda apardığı siyasəti dəyişə biləcək ciddi rıçaqlar görmürəm. Hərçənd Rusiyanın bölgəni tərk edəcəyi istisna deyil”, – Elbakyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az