Erməni politoloq ölkəsinin Suriyaya çevrilməsindən qorxur

“Qərblə ağır müharibə vəziyyətində olan Rusiya Qarabağda hazırda əlindən gələn hər şeyi edir”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Vaqe Ovannisyan deyib.

“Bundan başqa, Rusiya vasitəçidir və münaqişənin tərəfi ola bilməz. Əgər Rusiya münaqişənin tərəfi olarsa, Türkiyə də, Qərb də münaqişənin tərəfi olacaq. Biz Suriyaya çevriləcəyik. Bizim məqsədimiz sülhdür, Ermənistanı Suriyaya çevirmək deyil. Əgər biz burada müharibənin olmasını istəyiriksə, Yerevan Dəməşqə və Hələbə çevriləcək”, – deyə o əlavə edib.