1728721114 pasinyannn

“Biz Ermənistan-Azərbaycan sərhəd məntəqələrini sadələşdirəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir ümumilikdə ölkənin bütün sərhəd məntəqələrində sadələşdirmələrin aparılacağını söyləyib:

“Bunu biznes mühiti, ixrac, idxal və tranzitin mümkün qədər sadələşməsi üçün edəcəyik. Bir daha vurğulayırıq ki, 5 prinsipə uyğun gələn istənilən sadələşdirməyə hazırıq: suverenlik, ərazi bütövlüyü, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: