Erməni parlamentindən qərar: Qadınlar hərbi xidmətə çağırılır

Ermənistan parlamentinin növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə yazılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Globalinfo.az xəbər verir ki, layihəni Ermənistanın müdafiə naziri Suren Papikyan təqdim edib.

O bildirib ki, 18-27 yaşlı qadınlar hər il martın 1-dən və oktyabrın 1-dək məcburi altı aylıq xidmət üçün müraciət edə bilərlər. Qadınlar üçün təlim bölməsində qadın kontingent xidmət edəcək, bunun üçün qadın batalyonu yaradılır.

Qeyd edək ki, qanun layihəsinin qəbul edilməsinə 107 deputatdan 64-ü səs verib.