Erməni nazir İran səfirinə görün nə təklif etdi

Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, onlar iki ölkə münasibətlərini müzakirə ediblər.

“Çıxışımda qeyd etdim ki, İranla inkişaf edən dostluq münasibətləri uzun tarixə malikdir və hazırda əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün bütün ilkin şərtlər mövcuddur. Səfir Mehdi Sobhani İran şirkətlərinin Ermənistanda işləməyə hazır olduğunu vurğulayıb”, – deyə Ayrapetyan qeyd edib.

Globalinfo.az