
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Kosova Prezidenti Vjosa Osmani arasında maraqlı dialoq yaşanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Belə ki, görüş zamanı Ərdoğan Türkiyəyə səfər edən Kosovo prezidenti ilə zarafatlaşıb.
“Sən də türkcəni gah öyrənirsən, gah unudursan…”, – deyə o, kosovalı həmkarına deyib.
Osmani isə “Bəli, öyrənirəm. Ancaq sizinlə danışaraq təcrübə keçməliyəm”, – deyə qarşılıq verib.
Əliyar Xəlil
Globalinfo.az