Ərdoğanın mühafizə dəstəsi qəzaya düşdü – bir polis həlak oldu, yaralılar var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə qrupu yol qəzasına düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Qeyd edilib ki, hadisə Şırnak şəhərində baş verib.

Qəza nəticəsində bir polis əməkdaşı həlak olub, üç nəfər isə xəsarət alıb. Yaralananlardan ikisinin də polis olduğu bildirilir.