Ərdoğan: Sabah Paşinyanla danışacağam

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacağını anons edib.

Globalinfo.az xəbər verir ki, bu barədə R.T.Ərdoğan G20 sammiti çərçivəsində keçirilən beynəlxalq mətbuat konfransında bildirib.

“Bu gün cənab İlham Əliyevlə danışdım, sabah da Nikol Paşinyanla danışığım olacaq. Ermənistanın atdığı addımlar doğru deyil, bunu qəbul etmək də mümkün deyil. Biz də müsbət baxmırıq. Belə bir seçimin qəti şəkildə mümkün olmadığını bildirəcəyik. Danışıqlar apardığım heç bir ölkə də bunu qəbul etmir”, – deyə Ərdoğan bildirib.

Tamerlan Yayaqan

Globalinfo.az