Ərdoğan Qəzzada müharibənin nə vaxt bitəcəyini açıqladı

“Qərb İsraili dəstəklədikcə Qəzza qətliamı dayanmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İsrailə maddi-texniki və hərbi dəstək verənlər Qəzzada baş verənlərdə Təl-Əviv qədər günahkardır. Onlar Qəzzada bədbəxt insanların ölümünə görə məsuliyyət daşıyacaqlar”.

Ərdoğan Netanyahunu Qəzzada törətdiyi hərbi cinayətləri dayandırmağa çağırıb.

“Həmas daha əvvəl atəşkəs təklifini qəbul etmişdi. Lakin İsrail barışmaz rəftarını davam etdirdi. Bu azmış kimi mülki əhalinin son sığınacağı olan Rəfaha hücum etməklə əsl niyyətini ortaya qoydu. Nə qədər ki, Qərb dövlətləri Netanyahunu dəstəkləyirlər, Fələstində qətliamın qarşısı alınmayacaq, Netanyahu öz siyasi karyerasını uzatmaq üçün antisemitizmi təhrik edir. Belə davam edərsə, dünyada yeni münaqişə ocaqları yetişəcək”, – Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az