Ərdoğan Putindən bunu istəyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşünün detallarından danışıb. 

Globalinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Putinlə görüşdə Rusiyadan bir neçə amfibiya təyyarəsinin alınmasını müzakirə edəcəyini deyib.

Ərdoğan bildirib ki, yanğınla mübarizə üçün helikopter və təyyarələrin alınmasına görə AFAD-a 100 milyon lirə ayrılıb. O, 2 və ya 3 təyyarənin alınmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, fevral ayında Türkiyənin Yahacı qəsəbəsi və İsgəndərun limanı ərazisində baş verən zəlzələlərdən sonra yaranan yanğınları söndürülməsində Rusiyanın Be-200 tankerlərindən istifadə edilib.

Ayşən Mustafa
Globalinfo.az