owl detail 620 578fb2c8b45bd345ce9de0fe8890f122

“Norveç şahzadəsi Mette-Marit məşhur maliyyəçi Ceffri Epşteynlə uzun müddət yazışmalar aparıb və ABŞ-a səfəri zamanı onun evində qalıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, Marit Epşteynə minlərlə mesaj göndərib:

“Bu qalmaqal Maritin 29 yaşlı oğlu Marius Borg Haibinin məhkəmə prosesinin fonunda baş verib. O, bir neçə cinayət, həmçinin təcavüzdə ittiham edilir”.

Qeyd edək ki, 6 fevralda Norveç şahzadəsi Mette-Marit məşhur maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib.

“Məyus etdiyim hər kəsdən üzr istəyirəm. Epşteynlə aramızda olan mesajlar mənim əsl kimliyimi əks etdirmir. Həmçinin Kral Sarayına, xüsusən də Kral və Kraliçaya yaratdığım vəziyyətə görə təəssüflənirəm”, – deyə o bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: