Ələt-Astara yolunda ağır qəza – Ölən və xəsarət alan var

Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, idarəetmədən çıxan “BMW X5” markalı minik avtomobili yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Gözəlov Əli Kəlbihüseyn ölüb, sürücü Məcidov Rəfail Musa oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.