elektrobus

Bakıda bir neçə marşrut xətləri üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Bu barədə Globalinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, AYNA tərəfindən dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər icra edilir: “1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb”.

Məlumatda qeyd edilib ki, elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib: “Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub”.

1732608661 957d6ef9 68e4 3a4d b078 d37b28acd630 1732608668 3f8660ea 74ec 3f76 bdf8 47d6e498f617 1732608675 84c1897d 388b 34a0 b72d 052c75d911fd 1732608643 3655d34c 74e4 30db 8505 c9976a3b72eb

Paylaş: