Azərbaycanın mərhum sabiq prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev əkizləri ilə birgə atasının məzarını ziyarət edib.
Globalinfo.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Həmin fotonu təqdim edirik:

***14:51
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəkillərini paylaşıb.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır.
Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılmışdılar.
Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub.
Xatırladaq ki, Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.