O kəndlər bizdə qalsaydı, müharibə olacaqdı – Ovannisyan

“Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyətinin reqlamenti Konstitusiya Məhkəməsinə göndərilib, daha sonra isə ratifikasiya üçün Milli Məclisə təqdim ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Artur Ovannisyan deyib.

O bildirib ki, reqlamentdə ediləcək tənzimləmə sadəcə texniki həllərdən ibarətdir:

“Bu prosesi ətraflı müzakirə etmək üçün hələ vaxtımız olacaq. İndi Konstitusiya Məhkəməsinin cavabını gözləyəcəyik. Ümumiyyətlə, delimitasiyanın Tavuşdan başlaması Ermənistanın nailiyyəti idi. Çünki ordunun nəzarətində olmayan, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdən kənarda qalan kəndlər vardı. Bu isə müharibəni legitimləşdirirdi. Biz sərhəd xətlərini qəti şəkildə müəyyənləşdirdik. Kirants, Bağanis və ətraf kəndlərin əhalisi prosesdən razıdır, artıq heç bir problem yoxdur. Almatı bəyannaməsinə əsasən proses müəyyənləşdirildi, beləliklə Kirantsda sərhəd xətləri çəkildi. Bütün sərhəd boyu prosesi davam etdirəcəyik”.

Ayşən Mustafa
Globalinfo.az