Əfsuslar olsun ki, çağırışımız cavabsız qaldı – Prezident

Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlət başçısı qeyd edib:

“Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.