Əfqan Baxışova vəzifə verildi

Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu təyinatadək Ə. Baxışov “Azərbaycan Hava Yolları”nda hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.

O vaxtadək Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank”ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub.