Ebru Gündeş onunla evlənir – FOTO

Türk müğənni Ebru Gündeşin iş adamı Murad Özdəmirlə ailə quracağı iddia edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Bildirilir ki, M.Özdəmir müğənni ilə evlənmək üçün həyat yoldaşından ayrılmaq qərarı verib.

Qeyd edək ki, Ebru Gündeş 2021-ci ildə azərbaycanlı iş adamı Rza Zərrabdan boşanıb.