TrampZelenski

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığına hazırlıq gedir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıq ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırılması fonunda baş tutacaq:

“Ağ Ev bu gün Kiyevə öz qərarı ilə bağlı məlumat verəcək. Yaxın vaxtlarda iki ölkə liderləri arasında söhbət təşkil olunacaq”.

Nəşr vurğulayıb ki, Ukrayna ABŞ-ın bəzi döyüş sursatlarının tədarükünü məhdudlaşdırmaq planları barədə əvvəlcədən məlumatlandırılmayıb.

Qeyd edək ki, ABŞ iyulun 2-də Ukraynaya mühüm Patriot ələ keçirmə sistemləri, zenit raketləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: