Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az bildirir ki, mətndə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə dinamik inkişafını davam etdirir və dünya birliyində layiqli yer tutub.
Tam əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.
X X X
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az bildirir ki, təbrikdə deyilir:
“Əlamətdar tarix – 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az bildirir ki, mətndə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.
Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir”.
X X X
Malta Prezidenti Miriam Spiteri Debono azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az bildirir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Malta xalqı adından səmimi təbriklərimi çatdırıram.
Diplomatik münasibətlərin qurulduğu vaxtdan etibarən Malta ilə Azərbaycan qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan dostluq əlaqələrini uğurla davam etdirirlər. Əminəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımız gələcək illərdə daha da möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az bildirir ki, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.
Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram”.
X X X
İsveç Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, İsveç Kralının təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.
X X X
Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az bildirir ki, təbrikə deyilir:
“Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və firavanlıq arzulayıram”.
X X X
Mərakeş kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az bildirir ki, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.
Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı sıx münasibətlərə çox böyük dəyər verirəm.
Əməkdaşlığımız onu dərinləşdirmək və qardaş ölkələrimizin vətəndaşlarının istəklərinə uyğun olan xüsusi tərəfdaşlıq qurmaq əzmimizlə daha da möhkəmlənir”.
X X X
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. Əminəm ki, dost ölkələrimizin münasibətlərinin inkişafı və yeni istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı fəaliyyətimiz davam edəcəkdir. Hər iki ölkənin iqtisadi imkanları əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün stimul ola bilər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
X X X
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.
Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.
X X X
Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevi 28 may Müstəqillik Günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım.
Çex Respublikası Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir və əməkdaşlığı daha da möhkəmləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir. Ölkələrimiz arasında enerji, sənaye, ticarət, investisiya, elm və təhsil sahələrində davamlı inkişaf edən əlaqələri yüksək qiymətləndiririk və tərəfdaşlığımızın hər iki ölkə üçün faydalı olacağına əminik. Biz, həmçinin Azərbaycanın daha geniş regionda sabitliyə və əməkdaşlığa töhfə verən tərəfdaş kimi mühüm rolunu yüksək dəyərləndiririk.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.
X X X
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm Prezident, əziz Qardaşım.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm.
Zati-alinizə hörmət və ehtiramla Qardaşınız,
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı”.