Gələcəyi proqnozlaşdırdıqlarını iddia edən bir çox peyğəmbər müxtəlif üsullardan istifadə edir. Bununla belə, özünü “Mystic Veg” kimi təqdim edən Cemima Pakinqtonun metodu daha əvvəl görülməmiş üsuldur. Qulançarı havaya atır və bundan sonra nə olduğunu söyləyir! Onların arasında Böyük Britaniya kralı Çarlz III və Qətərdə keçirilən dünya çempionatı ilə bağlı öncəgörmələri də var.
Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, mistik qabiliyyətləri ilə hadisələri proqnozlaşdırdığını iddia edən və özünü dünyanın yeganə “quşqoşanı” (qulançar qoruyucusu) kimi təyin edən britaniyalı Cemima Pakinqton kraliça II Yelizavetanın ölümündən Qətərdə keçirilən dünya çempionatı üçün bir çox proqnozlar verib və verməkdə davam edir. Onun proqnozları arasında ən diqqət çəkən məsələlərdən biri yeni taxta yüksəlmiş Kral III-lə bağlıdır. Söhbət Çarlzın taleyindən gedir. Görün, Cemima Pakinqton öz təxminlərini necə edir?
Gələcəyi görmək iddiası özlüyündə mübahisəli məsələdir. Ancaq burada ən diqqət çəkən şey, gələcəyi görmək üçün istifadə edilən kristal kürə və tarot kartları kimi üsullara yenisinin əlavə edilməsidir: Qulançar! Bəli, düz eşitdiniz! Cemima Pakinqton qulançar üzərində əlləri ilə təxminlər edir və o, uğursuz hesab edilmir. Əvvəl İngiltərədə, sonra isə dünyada ‘Mystic Veg’ adı ilə məşhurlaşan Pakinqton, qulançarları havaya atır və düşdüyü yerə görə gələcəklə bağlı proqnozlar verir.
Cemima Pakinqton bir neçə ay əvvəl İngiltərə kraliçası II Yelizavetanın öləcəyini proqnozlaşdırmışdı və onun iddiasından qısa müddət sonra kraliça ölmüşdü. Üstəlik, Pakinqtonun şahzadə Filipin ölümündən tutmuş şahzadə Harri və Meqan Marklın əvvəlki illərdə kral sarayından getməsinə qədər bütün vacib məsələləri proqnozlaşdırdığı bilinir.
Dünya çempionatında finala kim çıxcaq?
Qlobal miqyasda hadisələrin proqnozlaşdırılmasına xüsusi diqqət yetirən Pakinqton bu yaxınlarda hazırda davam edən dünya çempionatı ilə bağlı proqnoz verib. “Mystic Veg”in məlumatına görə, İngiltərə dünya çempionatının 1/4 finalında mübarizədən kənarlaşdırılacaq. Bu qədər kəskin proqnoz açıqlayan Pakinqtondan nə gördüyünü soruşublar və o, belə cavab verib: “İngiltərənin yalnız 1/4 finala yüksəldiyini görürəm, daha irəli gedə bilməzlər. Xorvatiya kuboku qazanacaq. Mən də B hərfi görürəm, bu da Xorvatiyanın finalda Braziliya və ya Belçika ilə qarşılaşacağı deməkdir”.