1 13 scaled

Azərbaycanda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, özünün “X” hesabında dövlət başçısı ilə fotosunu paylaşan Orban qeyd edib:

“Dostu görmək hər zaman xoşdur. Bu gün Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı öncəsi”.

Qeyd edək ki, Viktor Orban Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək üçün Qəbələyə səfər edib. Baş nazirin Prezident İlham Əliyevlə görüşü olub.

Paylaş: