Ukrayna lideri Vladimir Zelenski Ukraynada sülh danışıqlarına diqqət yetirməlidir.
Globalinfo.az xəbər verir ki, bu çağırışı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev “X”dəki səhifəsində edib.
“Zelenski Britaniyanı Aİ-yə qoşulmağa çağırır . Bəlkə də o, Ukraynada sülhün əlaqələndirilməsinə daha çox diqqət yetirməlidir”, – deyə Dmitriyev yazıb.
Zelenski əvvəllər Ukraynanın cəbhədəki və danışıqlardakı vəziyyətə görə çətin bir dövrə girdiyini bildirib. O, bu dövrün sentyabr ayına qədər davam edəcəyini söyləyib.
Tahir Turan
Globalinfo.az