DİQQƏT: Bu tərəvəzləri çiy yemək olmaz

“Çiy tərəvəzlərin daha çox faydası olduğuna inanılır, lakin istisnalar da mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri dietoloq Mariyat Muxina “Moskva 24” telekanalına danışarkən deyib.

O, çiy halda yeyilməsi zərərli olan tərəvəzləri açıqlayıb:

“Badımcan, qulançar və ispanağı bişirilməmiş yemək olmaz. Çiy badımcanlarda solanin var ki, bu da böyük miqdarda ürəkbulanma və mədə ağrısı kimi xoşagəlməz simptomlara səbəb ola bilər. Eyni şey qulançar üçün də keçərlidir. Çiy formada yeyildiyi zaman çətin həzm olunur və bədən tərəfindən qəul edilmir. Bu səbədən mütləq şəkildə bişirilməlidir. Nəticədə C vitamininin miqdarı azalsa da, kalsium, maqnezium və dəmiri artıracaq”.

Dietoloqun sözlərinə görə, bütün bu məhsulları istehlakdan əvvəl bişirib hazırlamaq tövsiyə olunur və yalnız bu vəziyyətdə bədən maksimum faydalı maddələr qəbul edir.

Zaira Akifqızı
Globalinfo.az