WhatsApp Image 2025 06 20 at 13.28.45

Diplomatik korpusun nümayəndələri Həkəri çayı sahilindəki “Laçın bulvarı”nda balıqları suya buraxıblar. 

Globalinfo.az görüntüləri təqdim edir:

***

Diplomatik korpus nümayəndələrinin Laçın rayonuna səfəri başa çatıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, nümayəndə heyəti rayonda son olaraq “Lacınema” mərkəzində olub.

Qeyd edilib ki, mərkəz mədəni tədbirlərin qeyd edildiyi məkana çevrilib, bayram və əlamətdar günlərlə bağlı burada mədəni tədbirlər təşkil edilir.

Daha sonra Laçının işğal və işgaldan sonrakı dövründən bəhs edən videoçarx nümayiş etdirilib.

***

Azərbaycanda akkreditə olunmuş diplomatlar qrupu, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, qonaqlar keramika istehsalı prosesi və emalatxananın işi ilə tanış olublar.

***

Diplomatik korpus nümayəndələrinin Laçın rayonuna səfəri başlayıb.

Globalinfo.az xəbər verir ki, qonaqları Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər qarşılayıb.

İlkin olaraq nümayəndə heyətinə Laçın Hava Limanı haqqında ətraflı məlumat verib. Diplomatlar hava limanında yaradılmış şəraitlə yaxından tanış olublar.

[video width=”848″ height=”480″ mp4=”https://cdn.globalinfo.az/2025/06/WhatsApp-Video-2025-06-20-at-13.28.46.mp4″][/video]

Paylaş: