Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib.  Hadisə nəticəsində avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva xəsarət alıblar.

Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Oqtay Əliyevin ölüm səbəbindən və Dilarə Əliyevanın son vəziyyətindən danışıb.

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri Adil Yusifov da zərərçəkənlərin səhhəti barədə açıqlama verib və onların həyatı təhlükələrinin olmadığını qeyd edib.

Globalinfo.az açıqlamaların yer aldığı videogörüntünü təqdim edir:

 

Paylaş: