
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının həftəlik qrup iclasında gündəmdəki məsələlər barədə sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Baxçalı terrorsuz Türkiyə prosesi və komissiya üzvlərinin İmralı səfərinə toxunub. O bildirib ki, türklə kürdü düşmən etmək üçün qurulmuş bir yarım əsrlik imperialist plan məhv edilir:
“Guya Konstitusiyaya və qanunlara görə, cinayət törədirmişik. Siz mühakimə etsəniz, yalnız alçaqlığınızı və pula düşkünlüyünüzü mühakimə edərsiniz. Baxın, bu yaşımda cəsarətlə hayqırıram: yetər ki, Türk Milləti barış, əmin-amanlıq və sakitlik tapsın, yetər ki, terror həyatımızdan tamamilə atılsın. Bizim sonumuz darağacı olsa da, fərq etməz”.
Baxçalının bu çıxışını partiya üzvləri ayaqüstə alqışlayıb.
Safura Bənnayeva
Globalinfo.az