“Dəqiq sərhədin müəyyənləşməsi üçün bu addım atıla bilər” – Paşinyan

“Qranada görüşündə məhbusların azad edilməsi məsələsinə də toxunuldu, Ermənistan buna hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində deyib.

“Müəyyən konkret xəritələrə əsaslanan delimitasiya işləri aparılanda, nəticədə sərhəddə problemlər yaranır. Bütün bunlar aradan qaldırılmalıdır. Azərbaycanın Qranadada keçirilən görüşdə iştirak etməməsinə Fransanın qərəzli mövqeyi səbəb göstərilir. Danışıqlar zamanı delimitasiya üçün tərəflərdən biri bəzi torpaqlarından əl çəkməlidirsə, buna gedilə bilər. Dəqiq sərhədin müəyyənləşməsi üçün bu addım atıla bilər. Azərbaycan 8 kənd məsələsini yenidən gündəmə gətirdi”, – Paşinyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az