Deputat bu vəzifədən istefa verdi

Deputat Etibar Əliyev Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb.

Paylaşımda qeyd edib:

“Hörmətli deputat, Azərbaycanda təhsil eksperti İnstitutunu yaradan, formalaşdıran dəyərli Etibar müəllim Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən Şuranın fəaliyyətindəki qeyri şəffaflığa görə istefa verdi.

Bu bir daha sübut edir ki, Təhsil nazirliyi yanında İCTİMAİ ŞURA təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi Təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər”.

“Mənim yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb.

Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır”, – deyə K.Əliyev qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az