t 91

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Ələkbər oğlu Kərimovla Neftçala rayonunun Qaramanlı kəndində keçirilən vida mərasimi başa çatıb.

Globalinfo.az istinadən “Report”a bildirir ki, şəhidin nəşi Qaramanlı kəndində dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***12:35

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovla Daşkəsən rayonunun Əhmədli kəndində keçirilən vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gəncə şəhər və Daşkəsən rayon icra hakimiyyətlərinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

d 01

***12:25

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Ələkbər oğlu Kərimovun nəşi Neftçala rayonuna gətirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Neftçala rayonunun Qaramanlı kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Yaşar Ələkbər oğlu Kərimov 1967-ci il aprelin 12-də anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Şelli kəndində itkin düşüb.

Z.Nağıyev Qaramanlı kənd qəbiristanlığında dəfn olunacaq.

sehid1

***12:02

Sabunçu rayonun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Qurbanov Aydın Əsədulla oğlu dəfn edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şəhidlə Sabunçu rayonun Maştağa qəsəbəsində ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib.

Daha sonra onun nəşinin qalıqları Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

***11:36

Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlu ilə vida mərasimi keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, o, 12 yanvar 1967-ci ildə anadan olub. Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayıb.

Şəhid A.Qurbanov 18 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

t 92

X X X

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb.

A.Abbasov Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.

s 34 s 35

Paylaş: