helak

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan Sənan Möhsümov döyüşlərin birində həlak olub.

Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev isə əks cəbhədə həlak olub.

Teleqraf.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.

487227847 10228411593935880 7100166259577511748 n

Sənan Möhsümov

huseyn(2)

Hüseyn İsayev

Paylaş: