Daha bir qadını əri öldürdü

Kürdəmirdə ər arvadını qətlə yetirib.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, hadisə bu gün da saat 13 radələrində Şıxımlı kəndində baş verib.

1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Xatırladaq ki, bu gün saat 04 radələrində paytaxtın Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimova da həyat yoldaşı, 1961-ci il təvəllüdlü İlham Həşimov tərəfindən bıçaqlanaraq öldürülmüşdü.