Daha bir məşhur “Space”dən getdi

Aparıcı Elçin Əlibəyli “Space TV”dən gedib.

Globalinfo.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.

“Kanal S”də “Elə çarə” verilişinin aparıcılığını edəcəyini bildirən Əlibəyli “Məkan və zaman dəyişdi, məzmun və hədəflər eynidir” sözlərini yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl də aparıcı Turan İbrahimov “Space TV”dən getdiyini açıqlamışdı.