Daha 53 nəfər yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 53 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, xəstəlikdən 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 466 nəfər müalicə olunaraq sağalıb, hazırda 350 aktiv xəstə var. Bu günə qədər 9 986 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 843, bu günə qədər isə ümumilikdə 7 393 110 test icra olunub.

Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub