Daha 16 ailə Laçına yola salındı – FOTOLAR

Daha 16 ailə (56 sakin) Laçına yola salınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

İyulun 28-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 16 ailə köçürülür.

Bununla da Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

Daha 16 ailə Laçına yola salınıb - FOTO Daha 16 ailə Laçına yola salınıb - FOTO Daha 16 ailə Laçına yola salınıb - FOTO Daha 16 ailə Laçına yola salınıb - FOTO