nxc 51

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib.

Globalinfo.az bildirir ki, “Report”un yerli bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanğın zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova da xəsarət alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***14:28

Culfa şəhərində yaşayış binasında yanğın olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

    Yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    ***10:53

    Naxçıvan Muxtar Respublikası (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.

    Globalinfo.az bildirir ki, “Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

    Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

    Yanğın nəticəsində xəsarət alan iki nəfər Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri normal qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

    nxc 52

    Paylaş: