Çin liderindən Makrona: “Soyuq Müharibənin qarşısını almaq üçün…”

“Çin və Fransa yeni Soyuq Müharibənin qarşısını almaq üçün birlikdə çalışmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makronla görüşdə Çin lideri Si Cinpin deyib.

“Müasir dünyanın dəyişiklikləri fonunda Çin və Fransa öz suverenliklərini qətiyyətlə müdafiə etməli və birlikdə yeni soyuq müharibənin və qarşıdurmaların qarşısını almalıdır. Biz qarşılıqlı anlaşmaya riayət etməli, uzaqgörən olmalı və nizamlı dünyanın çoxqütblülüyünü birgə təbliğ etməliyik” – deyə Çin lideri vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az