masin bond

Avtomobil sərgisində ilk dəfə iştirak edirəm. Qatılmaqda məqsədim uşaqlıqdan klassik avtomobillərə olan həvəsimdir”.

Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında bulvarda keçirilən retro avtomobillərin sərgisinə qatılan Məhəmməd Quliyev deyib.

“20 yaşım var. Gördüyünüz avtomobil “Triumph Spitfire MK-4” modelidir. İngiltərə istehsalıdır, 1978-ci ilə aiddir.

Bu modelin məşhurlaşması “Ceyms Bond”un ilk seriallarından sonra olub və mən də ilk dəfə onu orada görmüşdüm – “James Bond-1968″ filmində.

Avtomobili Almaniyadan yeni gətirmişəm və Azərbaycanda ilk sahibiyəm. Təxminən bir ay olar ki, maşın məndədir və ilk dəfədir ki, bu sərgidə təqdim olunur”, – deyə M.Qulev bildirib.

O qeyd edib ki, Almaniyada bu modelin qiyməti yaxşı vəziyyətdə 20-25 min avro arası dəyişir:

“Amma gətirilməsi ilə birgə ümumi xərcləri nəzərə alanda qiymət 35-40 min avroya qədər yüksəlir. Sərgiyə qatılan bütün retro avtomobil həvəskarlarına uğurlar arzulayıram”.

"Ceyms Bond"un məşhur avtomobili RETRO SƏRGİDƏTZ4TTF3wYHjA72qXgLELFZW0o3lrW9t99du5sFS2:640Q6z7COtvF8XnyzZzWTwt5FuVQ0p8FFkmcphh1XOu:640

Paylaş: