Ceyhun Bayramov İrandakı səfirliyimizin bərpasından danışdı

Xarici işlər naziri Ceyhun Bayramov ötən il Azərbaycanın İrandaklı səfirliyinə hücumun bütün xalqa böyük zərbə olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, nazir bunu jurnalistlərə açıqlamasında deyib.

“Bu gün 27 yanvar tarixində bir il öncə səfirliyimizə Tehran şəhərində terror aktı törədilmişdi. Bu gün şəhidimiz Orxan Əsgərovu yad etdik. Burada Orxanla həmin terror zamanı birlikdə olan səfirlik əməkdaşları da iştirak etdi. Bir il bundan öncə baş verən terror bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi. Ən kəskin şəkildə bu akt pislənmişdi, beynəlxalq təşkilatlar da mövqeyini ifadə etmişdi”, deyə Ceyhun Bayramov bildirib.

Nazir həmçinin İranda səfirliyimizin yenidən açılmasından danışıb:

“Səfirliyin açılması ilə bağlı əsas iki məqama diqqət edəcəyik. Əsas məsələ istintaqın başa çatması, qərarın qəbul edilməsidir.

İkinci məqam isə Azərbaycanla İran arasında danışıqlar səfirlik açılacağı təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir. İnsanlarımızın həyatını riskə ata bilmirik”