Ceyhun Bayramov Hakan Fidanla danışdı – YENİLƏNİB

3781dd16 97e1 39fd abb7 4a1996c4195d 850.jfif

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli Hakan Fidan arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Globalinfo.az “Report” istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, tərəflər İsrailin İrana qarşı həyata keçirdiyi hücum və digər regional məsələləri müzakirə ediblər.