Peter Mixalko Azərbaycana təşəkkür edib

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycana Ukraynaya növbəti humanitar yardım göndərildiyi üçün təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, Mixalko tvitter hesabında paylaşım edərək minnətdarlığını bildirib:

“Ukraynaya növbəti humantitar yardım göndərildiyi üçün Azərbaycana dərin minnətdarlığımı bildirirəm. Bu, dəhşətli cinayətin fəsadlarının – Kaxovka bəndinin dağıdılmasının nəticələrinin aradan qaldırılmasına kömək edir. Rus təcavüzkarları cavab verəcəklər. Mülki infrastrukturun dağıdılması müharibə cinayətidir”.

Globalinfo.az