
Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının əsas istiqamətləri, ATƏT-in üzləşdiyi çağırışlar, regional və qlobal təhlükəsizlik problemləri, regionda davam edən vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı perspektivləri bölüşüblər.
Aysel Əliyeva
Globalinfo.az