Ceyhun Əsgərov bu qurumu məhkəməyə verdi

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (QSC) məhkəməyə verib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ceyhun Əsgərovun iddiası Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.

İşin mahiyyəti əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Ceyhun Əsgərov 2015-ci ildə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifəsində çalışıb.

Qeyd edək ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir.