cemsid

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Aparatının yeni rəhbəri Cəmşid Əmirov məşhur nəslin nümayəndəsidir. 

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, Azərbaycan ədəbiyyatında dedektiv janrın banisi olan yazıçı Cəmşid Əmirovun nəvəsidir.

Baba Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevral ayının 10-da Naxçıvan şəhərində anadan olub. O, məşhur detektiv romanı olan “Qara Volqa”nın, eyni zamanda “Sahil əməliyyatı”, “Brilyant məsələsi” və “Şəhər yatarkən” kimi məşhur əsərlərin müəllifidir. Yazıçı 1982-ci il dekabrın 29-da vəfat edib.

MİDA Aparatının yeni rəhbəri Cəmşid Əmirovun (nəvə) atası Çingiz Əmirov da məşhur şəxsdir. Ədliyyə polkovniki Ç.Əmirov 1993-1996-cı illərdə ədliyyə nazirinin müavini – nazirliyin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (hazırkı Penitensiar xidmətin) rəisi olub. O, 1996-cı ildə xidmət zamanı 47 yaşında vəfat edib.

Nəvə Cəmşid Çingiz oğlu Əmirov isə 1987-ci ildə Bakı şəhərində anadan olub. O, bundan əvvəl “MİDA” MMC-nin direktor müavini vəzifəsində çalışıb.

***13:07

Mənzil İnşaatı Dövlət Agentliyində aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.

Globalinfo.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə Cəmşid Əmirov təyin edilib.

O, bundan əvvəl “MİDA” MMC-nin direktor müavini kimi çalışıb, aparat rəhbəri postunda Fərman Qurbanlını əvəzləyib.

Paylaş: