Ceki Çanla bağlı üzücü xəbər

Məşhur çinli aktyor Ceki Çanın dekabrın 25-də təcili olaraq Şanxaydakı Lin Şan xəstəxanasına yerləşdirildiyi barədə məlumat yayılıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, xarici KİV-lərin həmin məlumatlarında aktyorun vəziyyətinin ağır olduğu bildirilir.

Xarici KİV-lər qeyd edir ki, sənətçinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı bütün xəbərlər Çin sosial şəbəkələrindən aktiv şəkildə silinir və bu barədə məlumat verən hesablar bloklanır.

Aktyorun vəziyyəti ilə bağlı hələ də rəsmi məlumat yoxdur, Ceki Çanın ailəsi və dostları da onun səhhəti barədə açıqlama vermirlər.

Son məlumatda Balkanlarda çəkilişlər zamanı aktyorun ağır kəllə-beyin travması aldığı və mürəkkəb əməliyyat keçirdiyi vurğulanıb. Onun dayaq-hərəkət problemləri var idi.