Çavuşoğlu: “Türkiyə Azərbaycanın yanındadır”

“Ermənistan təxribatlarını davam etdirir”.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Beynəlxalq qurumlar heç nə etmədi, beynəlxalq hüquq işləmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi.

Ermənistan hər fürsətdə pislik edir. Ermənistan bilir ki, Azərbaycan olmadan Ankara ilə İrəvan arasında əlaqələrdən söhbət getmir. Türkiyə Azərbaycanın yanındadır”, – o bildirib.