Çavuşoğlu: “Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”

“Azərbaycan Qarabağ zəfərindən sonra Ermənistana əsaslı sülh təklif etdi”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

“Ermənistan gec olsa da, müsbət cavab verdi. Azərbaycan haqlı olaraq deyir ki, Laçınla Zəngəzur dəhlizləri eyni statusda olmalıdır”, – o bildirib.

M.Çavuşoğlunun fikrincə, sülh müzakirələri sürətlənərək davam etməlidir: “Bu, Cənubi Qafqzdakı sabitlik üçün son dərəcə vacibdir”.