Lavrovdan sülh sazişi ilə bağlı açıqlama

Bu gün keçirilən danışıqlarda regional təhlükəsizlik məsələlərinə önəmli diqqət yetirəcəyik.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirozyanla keçirdiyi görüşün protokol hissəsində çıxışında bildirib.

O qeyd edib ki, birinci növbəli vəzifələrdən biri Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanmasıdır: “Ümumilikdə, Qarabağ ətrafındakı vəziyyətin nizamlanmasıdır. Bizdə şübhə yoxdur ki, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatları bütün qərarların həll olunması üçün açar olaraq qalır. Biz üçtərəfli bəyanatlarda yazıldığı kimi Cənubi Qafqaz regionun nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasına və sülh sazişinin parametrlərinin razılaşdırılmasına yardım etməyə hazır olacağıq”, deyə Rusiya XİN başçısı vurğulayıb.