Avetik Chalabyan in court 1 scaled 1

“Ermənistanda hakimiyyətə alternativ qüvvələr formalaşır”.

Globalinfo.az xəbər verir ki, bunu “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

O bildirib ki, son bir ildə Ermənistanda hakimiyyətə alternativ qüvvələr formalaşıb:

“Biz də belə qüvvələrdənik. Məqsədimiz bu cür qüvvələrin birləşməsinə nail olmaqdır. Bundan sonra camaat onlara daha ciddi yanaşmağa başlayacaq və insanların seçim etməsi asanlaşacaq”.

Çalabyan qeyd edib ki, onların məqsədi vahid ideya ətrafında bütöv bir cəbhə yaratmaqdır:

“İndi fəaliyyət proqramı hazırlanır, müxtəlif qüvvələrlə və fiqurlarla danışıqlar aparılır. Apardığımız sorğulara görə, erməni cəmiyyətinin 80 faizi Paşinyanın “Artsax” məsələsində həyata keçirdiyi siyasəti dəstəkləmir”, – Çalabyan qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: