Cahit Bağçı Prezident İlham Əliyevlə bağlı paylaşım etdi – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı paylaşım edib.

Globalinfo.az bildirir ki, “Qardaş Azərbaycanın Prezidenti İlham Əliyevin Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın seçkidə qələbəsi və yenidən seçilməsi münasibətilə təbriklərini şəxsən mənə təqdim etməsindən böyük şərəf duydum”, – deyə Cahit Bağçı “Twitter” hesabındakı paylaşımında yazıb.